Eurasia

AVRASİYA HƏRƏKATININ PROQRAMI

VRASİYA MƏDƏNİYYƏTLƏR DİALOQU – BƏŞƏRİYYƏT TARİXİNİN MAHİYYƏTİ. Avrasiya qitəsi bəşər mədəniyyətinin və sivilizasiyasının beşiyidir. Bu ərazidə insanlıq tarixinin əsas məzmununu təşkil edən rəngarəng sosial, mənəvi və siyasi formalar yaranaraq inkişaf etmişdir.
Avrasiya materikinin iki əsas qütbü var: Avropa və Asiya, Qərb və Şərq.
İnsanlıq tarixi bu iki qütb arasında daimi dialoq prosesi, enerjilərin, dəyərlərin, texnologiyaların, ideyaların və əşyaların dialektik mübadiləsidir.
Qərb və Şərq bir-birini qarşılıqlı şəkildə tamamlayır, öz arasında yüksək məna daşıyan minillik danışıq aparır.

Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik, indi isə Bakının KTMT və AİB-ə qoşulmaq vaxtı gəlib çatıb

Bunun baş verməməsi üçün heç bir məntiqi əksliklər mövcud deyil. Qarabağ problemi həll edildi. Hər şey aşağı-yuxarı yerini tutdu. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının yubadılması, bu istiqamətdə hərəkətlərin edilməməsi, mənim fikrimcə, Moskvada anlaşılmaya bilər. Azərbaycanın KTMT-yə və AİB-ə daxil olması məsələsi hələ Qarabağ konfliktinin danışıqlar yolu ilə həll edilməsi mərhələsində, 5 rayonun qaytarılması müzakirəsi aparılarkən aktual idi. İndi çox incə məqamdır. Putin və Əliyev gərgin əmək sərf edərək Qarabağda Bakı üçün sərfəli olan şərait yaratdılar. Bunun üçün titanik güc sərf edildi. Rusiya öz dostlarına kömək etməyə hazırdır. Putin Əliyevi özünün strateji partnyoru kimi qəbul edir. Bu dəqiqdir. Azərbaycanın KTMT və AİB-yə daxil olması məsələsini qatlayıb bir kənara qoymaq yolu kəsmiş böyük bir daşa çevrilə bilər ki, nəyin bahasına olursa olsun bundan qaçmaq lazımdır. Çünki regiondakı vəziyyət Azərbaycan-Rusiya müttəfiqliyindən asılıdır. Azərbaycanın KTMT və AİB-yə daxil olması 10 noyabr bəyannaməsinin tərəfləri arasındakı disbalansı aradan götürəcək, Ermənistanla Azərbaycanı eyni statusa gətirəcək, bərabərləşdirəcək. Və Azərbaycan özünü bu baxımdan daha çox sərbəst hiss edəcək. Azərbaycanla Rusiya arasındakı hərbi-texniki sahədəki əməkdaşlıq yüksək səviyyədədir. Biz bilirik ki, Azərbaycan istənilən silah və texniki vasitəni əldə edə bilər

Azərbaycan müharibədə qalib gəldi, Paşinyan və “erməni formasında” ultra millətçilik məğlub oldu - MÜSAHİBƏ

Türkiyəyə gəlincə, bu ölkə son dərəcə adekvat davrandı. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan Azərbaycana tam dəstək göstərdi, ancaq heç vaxt Moskvanı qıcıqlandırmadı. Halbuki erməni təbliğatı Türkiyənin Cənubi Qafqaza gəldiyini, Rusiyanın isə getdiyini göstərməyə çalışırdı. Belə bir şey isə yox idi.

Duqin, 4-cü Siyasi Nəzəriyyə və Avrasiya Hərəkatı

Rusiya İslam komitəsinin sədri mərhum Heydər Camal onun haqqında deyib: “Duqin əsl intellektualdır. Keçmişin bütün yazıçıları arasında, bəlkə də, yalnız Dostoyevski həqiqi intellektualizmin spesifikasına bir qədər toxunub... Bu mənada Duqin Dostoyevski sayaq intellektualdır. Duqin öz fikrini fiziki varlığından üstün tutan intellektuallardandır”.
Duqin 4-cü siyasi nəzəriyyənin müəllifidir. O hesab edir ki, milliyyətçilik (faşizm) və kommunizmdən sonra liberalizm də özünün tənəzzül dövrünə qədəm qoyub. Odur ki, bəşəriyyətin yeni bir ideologiyaya ehtiyacı var. 4-cü siyasi nəzəriyyə də məhz bu ehtiyacdan doğub.

Duqinin siyasi fəaliyyəti keçmiş Sovet respublikalarının Rusiya ətrafında inteqrasiya etməsinə əsaslanan Avrasiya Birliyini yaradılmasına yönəlib. Lakin Avrasia Hərəkatına keçmiş sovet məkanından kənarda da maraq böyükdür.Rusiya İslam komitəsinin sədri mərhum Heydər Camal onun haqqında deyib:
“Dugin əsl intellektualdır. Keçmişin bütün yazıçıları arasında, bəlkə də, yalnız Dostoyevski həqiqi intellektualizmin spesifikasına bir qədər toxunub... Bu mənada Dugin Dostoyevski sayaq intellektualdır. Dugin öz fikrini fiziki varlığından üstün tutan intellektuallardandır.”
Duqin 4-cü siyasi nəzəriyyənin müəllifidir. O hesab edir ki, milliyyətçilik (faşizm) və kommunizmdən sonra liberalizm də özünün tənəzzül dövrünə qədəm qoyub. Odur ki, bəşəriyyətin yeni bir ideologiyaya ehtiyacı var və 4-cü siyasi nəzəriyyə də məhz bu ehtiyacdan doğub. Duginin siyasi fəaliyyəti keçmiş sovet respublikalarının Rusiya ətrafında inteqrasiya etməsinə əsaslanan Avrasiya Birliyini yaradılmasına yönəlib. Lakin Avrasia Hərəkatına keçmiş sovet məkanından kənarda da maraq böyükdür.
Duginə görə, 4-cü siyasi nəzəriyyə “olum və ya ölüm” məsələsidir. Bu gün dünyada elə bir təəssürat yaranıb ki, siyasət bitib, yəni ən azından bizim bildiyimiz siyasət. Liberalizm alternativ reseptlər təqdim edən siyasi düşmənləri olan konservatizm, monarxizm, ənənəvi millətçilik (faşizm), sosializm, kommunizm ilə ölüm-dirim mübarizəsi apararaq XX yüzilin sonuna doğru onların hamısını məğlub etdi. Bundan sonra siyasətin liberal olacağını, onun bütün rəqiblərinin isə öz strategiyalarına yenidən baxıb, yeni cəbhə yaradacaqlarını güman etmək daha məntiqli olardı: əyalət mərkəzə qarşı (Alen de Benua). Ancaq 21-ci əsrin başlanğıcında hər şey başqa ssenari ilə getdi.

KLASSİK AVRASİYAÇILIQ VƏ YENİ AVRASİYAÇILIQ İDEOLOGİYASI

Duqinin irəli sürdüyü Avrasiyaçılıq nəzəriyyəsi aşağıdakı xarakterik xüsusiyyətləri ilə fərqlənir:
“Birincisi, ideokratiyadır. O hesab edir ki, Avrasiyanın her bir vətəndaşı və һər bir dövləti ali ideyalara qulluq etmək üçün avrasiyaçılığı özünün ali mənəvi missiyasına çevirməli va yüksək ideyalarla yaşamalıdır.
İkincisi, avrasiyaçılıq hərəkatı Avrasiya seçimi deyilən bir һәrәkat formalaşdırmalıdır. Bu Avrasiyanm xüsusi landşaft şəraitindən irəli gələrək bölgə əhalisi üçün seçiimiş kollektiv məsuliyyət, qarşılıqlı yardım, güclü iradə, dözüm, rəhbərliyə güclü tabeçilik və digər keyfiyyətləri özündə daşımalıdır.
Üçüncüsü, şərt kimi avrasiyaçılığın hüquqi platformasının əsasına "demotiya" adlı bir anlayış təklif edir. Bu qədim yunan, ingilis demokratiyasından fərqli, yeni bir demokratik norma olmalıdır. O nə Avropanın indiki liberal dcmokratiyasına, nə də Rusiyanın keçmiş kəndli özünüidarəetməsinə, yaxud "zema-soborlarının" idarəçiliyinə bənzəməlidir. Bu, özünəməxsus Avrasiya avtoritarizminə və ierarxiyalı idarəçilik rejiminə əsaslanmalıdır.” (Ə. Həsənov, "Geosiyasət". Bakı, 2010. səh.216)
Yeni Avrasyacılar Qərb dünyasının Rusiya üçün bir təhdid olduğunu bildirir, rus mədəniyyətinin nə Şərq, nə də Qərb mədəniyyətinə aid olmasını israr edir, bununla yanaşı rus mədəniyyətində həm Şərq və həm də Qərb mədəniyyətinin elementləri olduğunu vurğulayırlar.

DUQİN YENİ AVRASİYAÇILIĞIN ƏSAS İDEOLUQU KİMİ

2000-ci ildə Vladimir Vladimiroviç Putinin hakimiyyətə gələrkən Duqinin irəli sürdüyü Yeni Avrasiyaçılıq ideologiyası artıq təkmilləşmə dövrünü başa vurmuşdu. Bəzi tədqiqatçıların ultramillətçi deyə adlandırdığı Duqin Yeni Avrasiaçılıq ideolgiyası ilə Putinin böyüki marağına səbəb oldu. Bu baxımdan da Putin Avrasiya Birliyinin bütün postsovet məkanında yerləşən respublikalarının üzünə açıq olması fikrini aydın şəkildə ifadə etdi.
Heç şübhəsiz ki, yuxarıda vurğulandığı kimi Avrasiya ittifaqının yaranması ideyası türk və slavyan xalqlarının birgə cəhdi sayəsində reallaşdırıla bilər. Həm keçən əsrin iyirminci illərində meydana gələn Klassik Avrasiyaçılıq ideologiyası və həmçinin müasir dövrdə də geniş yayılmış Yeni Avrasiyaçılıq ideologiyasının reallaşmasında əsas faktor kimi türk və slavyan xalqları iki güclü etnos kimi çıxış edə bilərlər. Bu baxımdan da Avrasiyanın müxtəlif etnosları, ictimai-sosial qrupları arasında vahid düşüncə tərzini formalaşdırılması prosesində Yeni Avrasiyaçılıq ideologiyası olduqca önəmli və mühüm bir mahiyyət kəsb edir.

Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı yaranır

Lavrovun İrəvan səfərindən cəmi bir neçə gün sonra isə Kremlin danışan dillərindən hesab olunan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovski bu dəfə 180 dərəcə fərqli və sensasion açıqlama vermişdi. Azərbaycan telekanallarından birinə verdiyi müsahibədə o demişdi: “Əgər Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki, Dağlıq Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq. Qarabağ üçün elə bir xüsusi status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar”.
Maraqlıdır ki, təxminən eyni vaxtda Kremlin başqa bir danışan dili, Avrasiya Hərəkatı təşkilatının rəhbəri və eyni adlı ideyanın əsas müəllifi, politoloq, Rusiya Dövlət Duması sədrinin məsləhətçisi Aleksandr Duqin Türkiyədə olmuşdu və həmişə anti-Türkiyə mövqeyi ilə fərqlənən bu şəxs də qardaş ölkə haqda pozitiv sözlər və Qarabağ məsələsinə dolaysıyla aidiyyəti olan fikirlər səsləndirmişdi.
Türkiyədə hakim və müxalif partiyalardan olan bir sıra siyasətçilərlə görüşdən sonra Duqin jurnalistlər üçün mətbuat konfransı təşkil edərək, orada regional proseslərdə Ankaranın rolunu yüksək dəyərləndirmiş, eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin pozulmasında ABŞ-ı günahlandırmışdı. “Vaşinqton öz müttəfiqlərindən heç birinin ərazi bütövlüyünü təmin etmək iqtidarında deyil. Əksinə, bu ölkələrdə xaos, bölünmə yaşanır. Belə bir ssenari Türkiyə üçün də yazılıb”- Duqin Türkiyədə demişdi.

Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu

Əsrlər boyu oturaq həyat tərzi keçirən türkmənlər xırda palçıq evlərdə, köçəri türkmənlər isə çadırlarda yaşamışlar. Sovet dövründə Türkmənistanda yüzlərlə müasir tələblərə cavab verən abad qəsəbələr tikildi. Şəhərlərdə çoxmərtəbəli binalarından ibarət məhəllələr meydana gəldi. Paytaxt Aşqabad 1948-ci ildə zəlzələ nəticəsində demək olar ki bütünlüklə yerli-yeksan olsa da, Sovet hökuməti onun yenidən ucaltdı. Şəhərdəki binalar ən güclü zəlzələyə belə davam gətirəcək bir halda tikildi. Nebit-Dağda neftçilər üçün möhtəşəm bir şəhər ərsəyə gəldi. Şəhərdə kinoteatrlar, klublar, kitabxanalar tikilərək zəhmətkeşlərin istifadəsinə verildi. Bir vaxtlar külək vıyıldayan, kol-kos belə olmayan, hətta dəvətikanı bitməyən qumluqda akasiya, qarağac və tut ağacları əkildi, şəhər yaşıllığa qərq oldu. Ümumittifaq Elmi-Tədqiqat Neft-Qaz İnstitutunun Nebit-Dağ filialı fəaliyyətə başladı. Bir vaxtlar sahilindəki hambalların bolluğu ilə yadda qalan Krasnovodsk bər-bəzəkli, canlı şəhərə çevrildi. Orta Asiyanın dəniz qapısı sayılan bu liman şəhərində ağır yükləri qaldıran kranların hərəkəti, paraxodların fiti, katerlərin şütüməsi ilə müşayiət olunan qızğın iş getdi. Xəzər dənizinə və Qaraqum kanalına Rusiyanın Nijni Novqorod şəhərində düzəldilmiş gəmilər gətirildi. Ölkədə zavod və fabriklərin sayı get-gedə daha da artdı, kimya sənayesi inkişaf etdi. Respublikanın bütün yaşayış məntəqələri qazlaşdırıldı. Beşillik plan ərzində 3 min kilometrlik nəhəng Orta Asiya-Mərkəz qaz kəməri çəkildi. Həmin kəmər ilə hər il Darvaza, Bayraməli, Samantəpə və Qamışlıq rayonlarından çıxarılan 20 milyard kubmetr qaz Sovet İttifaqının mərkəzi sənaye rayonlarının xalq təsərrüfatı ehtiyacları üçün transport olundu. Türkmənistanın başqa Sovet respublikaları ilə hərtərəfli və davamlı iqtisadi münasibətləri yarandı. Respublika neft, qaz, elektrotexnika sənayesi məhsulları, ventilyator, nasos, saja, şüşə, sulfat, kükürd, yod, brom, pambıq, yun, qaragül dərisi ixrac etməyə başladı. Sovet respublikalarından isə Türkmənistana sənaye cihazları, dəzgah, maşın, traktor, kombayn, kənd təsərrüfatı avadanlıqları, dəmir boru, qara metal, çuğun, ferrorərinti, taxta-şalban, gübrə göndərildi.
Türkmənlər sosial, iqtisadi və mədəni sahələrdə sadaladığımız irəliləyişlərə məhz rusların sayəsində nail oldular. Türkmən şairi Raxmed Seyidov bu münasibətlə rus xalqına müraciətlə yazdığı şeirdə deyirdi: “Ustadımız və qardaşımız bizim!/ İlk olaraq sən türkmənlərə qucaq açdın/ Biz də sənə qardaş kimi ürəyimizi verdik/ Və əvəzində sənin ürəyini aldıq”.