Çoxqütblü dünyanın memarı Rusiya ilə Türkiyə olmalıdır

Eskişehir Osman Qazi Universitetində “Rusiya-Türkiyə münasibətləri – dünəndən bu günə” adlı panel keçirilib. Paneldə rusiyalı politoloq, avrasiyaçılıq ideologiyasının yaradıcılarından Aleksandr Duqin universitetin müəllim və tələbələrinə, eləcə də Eskişəhər yönətiminə iki ölkənin münasibətləri ilə bağlı mühazirə oxuyub.
Paneli açan İstanbul Universiteti tarix fakültəsinin dekanı professor İlyas Topsakal yeni dünya düzənində iki ölkənin qarşılıqlı münasibətlərinin regiona gətirəcəyi faydalardan danışıb: “SSRİ dağıldıqdan sonra o coğrafiyada avrasiyaçılıq ideyası gündəmə gəldi və zamanla gəlişməyə başladı. Bu gün Türkiyə-Rusiya münasibətləri bu model üzərindən müzakirə edilir. Tarix boyu dəfələrlə qarşıdurmalarımızın olmasına baxmayaraq bizim mədəniyyətlər çox oxşardır. Hər iki dövlət hər kəsə qucaq açan mədəniyyət sahibidir. Sözsüz ki, bu gün Türkiyə və Rusiya arasındakı yaxınlaşmanın səbəbi bölgədəki geosiyasi durumdur. Amma hər iki ölkədə avrasiyaçılıq modelinə isti baxan və baxmayanlar var. Bugünkü ilişkilərimizi əsasən liderlər yürüdür. Ancaq bu yetərli deyil. Münasibətlər mütləq intellektuallar, dini qurumlar, vətəndaş cəmiyyəti institutları səviyyəsində irəliləməlidir’'.
Daha sonra söz Aleksandr Duqinə verilib. O çıxışına
“Türkiyə ilə strateji münasiətlər Rusiya siyasətinin ən önəmli nöqtələrindən biridir” fikri ilə başlayıb. Daha sonra Duqin, son bir neçə əsrlik tarixi analiz edib:”Rusiyanın da, Türkiyənin də hər zaman böyük ambisiyaları olub. Bu ambisiyaları gerçəkləşdirməkdə Rusiyanın önünü Türkiyə, Türkiyənin önünü Rusiya kəsib. Osmanlı dönəmində səfir Leonyev diqqəti çox önəmli bir nöqtəyə çəkirdi. O deyirdi ki, Rusiya ilə Türkiyə çarpışırkən bundan yalnız üçüncü ölkələr qazanır. Ancaq biz bərabər addımlar atsaq, hər iki dövlət qüvvətlənə bilər. Bu bizim tarixi missiyamızı gerçəkləşdirməyimiz üçün zəmin yaradar. Mədəniyyətlərimizin yaxınlığını anlayan ruslar və türklər bunun önəmini çox yaxşı bilir. Bilməliyik ki, hissləri düşüncələr tamamlayanda bu siyasətə, strategiyaya çevrilir”.
Professor İlyas Topsakalın fikrini davam etdirən Aleksandr Duqin deyib ki, prosesin tamamilə liderlərin üzərinə qoyulması yanlışdır:”Bizim liderlər strateji düşünür. 2015-ci ildəki uçaq krizində onlar bunu göstərdilər, ondan sonra ölkələrimizi birlik və bərabərliyə doğru aparmağa başladılar. Liderlər dostdur, xalqların ilişkiləri yaxşıdır, biznes irəliləyir, Antalya otelləri rus tursitləri ilə qaynayır. Ancaq nəsə çatmır. Bu çatışmayan şey mənəvi bağlar, bir-birimizin ruhi aləmimizə bələd olmamağımızdır. Çünki biz qarşılıqlı olaraq düşüncə sistemlərimizə bələd deyirik. Mən bura həm də Rusiya geosiyasi düşüncəsinin harada olduğunu anlamaq üçün gəldim. Biz ölkələrimiz arasında ilişgiləri digər ölkələri nəzərə almadan davam etdirə bilmərik. Elmin tarix, sosial elmlər, o sıradan arxeologiya, antropoligiya sahələrində əlaqələrimiz güclənməlidir’’.
Son 30 ildə dünyanın 3 paradiqmadan keçdiyini deyən Aleksandr Duqin çoxqütblü günümüzdə bir çox ölkələrin genəl siyasətlərinə önəmli korrektələr etdiyini vurğulayıb: “30 il öncə dünya ikiqütblü idi. Bir tərəfdə Sovet İttifaqı, bir tərəfdə də kapitalist dünyası. Bu ikiqütblü dünyada SSRİ və Türkiyə qarşı cəbhələrdə idilər. Biz faktiki ideoloji düşmənlər idik. Biz “bunları olmayıb” deyə bilmərik. Bu bizim keçmişimizdir. Sovetlər Birliyi dağıldıqda biz marksizmdən tamamən imtina etdik. Artıq dünyada bir qütv vardı – ABŞ. Dünya o dönəmi miflərlə yaşayırdı. Bu gün də o miflərin bəzisi dağılmayıb. Bir çoxları hələ də milli dövlətlərin suverenliyin qarantı olduğunu düşünür. Bu çox yanlış təsbitdir. Suveren olan NATO-dur. Estoniyanın öz sərhədlərini qorumaq üçün ordusu yoxdur. Bu, Avroatlantik məkanın bir çox ölkələri üçün keçərlidir’’.
Çoxqütblü dünyada ölkələrin öz stratejilərini davamlı gəlişdirdiyini deyən Duqin elmin reallıqdan çox geri qaldığını vurğulayıb: “Problem ondadır ki, liderlər realistdirlər. Onlar bu gün reallıqla heç bir əlaqəsi olmayan geosiyasət elminin bölmələri üzrə hərəkət etmirlər. Bu, müsbət addım kimi qiymətləndirilməlidir. Çünki reallıq öncə qarşı cəbhədə olan ölkələrin bu gün strateji hədəflər uğrunda bərabər hərəkət etməsi gerçəyini ortaya qoyur. Türkiyə-Rusiya örnəyi kimi. Bu gün Rusiya üçün İran, Çin, Türkiyə, Güney Afrika ilə isti münasibətlər qurulması və getdikcə gəlişməsi həyatı önəm daşıyır. Hər iki ölkənin intellektualları ölkələrimizə yaxınlaşmaq üçün yardım etmək istəyiriksə, Türkiyə-Rusiya dialoqunu çoxqütblü dünya modelinə uyğun davam etdirməliyik. O zaman bir liderləri daha yaxşı anlaya bilərik. Çünki hər iki ölkədə qarşı tərəfllə bağlı miflər dağılmayıb. Rusiyada bəziləri Türkiyənin sonda pantürkizmə, gizli islama yuvarlanacağını, Türkiyədə isə Rusiyanın imperiya maraqlarının bu yaxınlaşmaya imkan verməyəcəyini düşünən kəsim var. Bizim cəmiyyətlər belə bir təbliğatın qurbanlarıdır. Gənclərimizə davamlı bu ideologiya aşılanır. Bu təsirdən çıxa bilməyən İntellektuallar isə tamamilə fərqli bir boyutda yaşayır və onların reallıqla heç bir bağlantıları yoxdur”.
Duqin reallığı hər iki toplumun dərk etməsi, təbliğatın reallıqla uzlaşdırılması üçün ortaq institutlar qurulmasını önəmli saydığını deyib: “Bununla bağlı dövlətlərarası razılaşma da var. Düşünürəm ki, ən qısa zamanda Moskvada, Sankt-Peterburqda, Ankarada, İstanbula bu institutlar yaradılmalıdır. Bizim yaxınlaşmağımız üçün toplumlar bir-birini tanımalıdır. Biz bir-birimizin mənəvi dəyərlərini anlamalıyıq. Münasibətlərin yeni formatını yaradaraq biz fərqliliklərimizi və oxşarlıqlarımızı çox dərin müzakirə edə bilərik. Ruslar anlamalıdır ki, Türkiyə tikinti, turizm, tərəvəz yox, ondan öncə Yasəvi, Yunus Əmrə, Rumidir. Bizim üçün Puşkin kimdirsə, türklər üçün Rumi odur. Rusların bu haqda bilgisi çox azdır – biz hətta özümüzü də yetərli qədər tanımırıq. Biz tariximizi bilmirik. Batının təsiri ilə bu gün tarixi ilə maraqlanmayan, texnologiyaların əsiri bir nəsil yetişib. Türkiyə böyük mədəniyyətdir. İntellektualların qarşılıqlı səfərləri, tələbə mübadiləsinin sürətləndirilməsi ilə bir-birimizi daha yaxından tanıya bilərik. Münasibətlərin dərinləşəcəyi haqqında deyilənlən formal olmamalıdır. Çox qütblü dünyanın memarı Rusiya və Türkiyə olmalıdır. Tarix boyu nəhəng imperiyalar quran iki böyük xalq bunun öhdəsindən gələ bilər”.
Daha sonra Duqin panel iştirakçılarının dünyada və regionda baş verənlər haqqında suallarını cavablandırıb.