Islam

Çoxqütblü dünyanın memarı Rusiya ilə Türkiyə olmalıdır

Eskişehir Osman Qazi Universitetində “Rusiya-Türkiyə münasibətləri – dünəndən bu günə” adlı panel keçirilib. Paneldə rusiyalı politoloq, avrasiyaçılıq ideologiyasının yaradıcılarından Aleksandr Duqin universitetin müəllim və tələbələrinə, eləcə də Eskişəhər yönətiminə iki ölkənin münasibətləri ilə bağlı mühazirə oxuyub.
Paneli açan İstanbul Universiteti tarix fakültəsinin dekanı professor İlyas Topsakal yeni dünya düzənində iki ölkənin qarşılıqlı münasibətlərinin regiona gətirəcəyi faydalardan danışıb: “SSRİ dağıldıqdan sonra o coğrafiyada avrasiyaçılıq ideyası gündəmə gəldi və zamanla gəlişməyə başladı. Bu gün Türkiyə-Rusiya münasibətləri bu model üzərindən müzakirə edilir. Tarix boyu dəfələrlə qarşıdurmalarımızın olmasına baxmayaraq bizim mədəniyyətlər çox oxşardır. Hər iki dövlət hər kəsə qucaq açan mədəniyyət sahibidir. Sözsüz ki, bu gün Türkiyə və Rusiya arasındakı yaxınlaşmanın səbəbi bölgədəki geosiyasi durumdur. Amma hər iki ölkədə avrasiyaçılıq modelinə isti baxan və baxmayanlar var. Bugünkü ilişkilərimizi əsasən liderlər yürüdür. Ancaq bu yetərli deyil. Münasibətlər mütləq intellektuallar, dini qurumlar, vətəndaş cəmiyyəti institutları səviyyəsində irəliləməlidir’'.