Iran

Duqin İmam Mehdi intizarından nələr yazdı?

2013-cü il iyun ayının 2-də Moskvanın "Prezident Otelin"də  rusiyalı siyasətçilər, ictimai xadimlər və ekspertlərlə İranın prezidenti Mahmud Əhmədinejad arasında diskret görüş keçirilmişdir. Onun prezident vəzifələrinin bitməsinə cəmi bir ay qalmışdı.
Ona baxanda buna inanmaq çətin idi. Bizim qarşımızda özünə, öz ölkəsinə, apardığı işin haqq olmasına tam əmin olan siyasi və mənəvi lider dururdu.
İzborsk Klubunun prezidenti Aleksandr Proxanovun İranın Avrasiyaya birləşməsi haqqında ruhlandırıcı çıxışından sonra mən Rusiya-İran əməkdaşlığına dair bir sıra məsələlərə toxundum.
Demək olar ki, mənim sözbəsöz olan çıxışım.
İranla Rusiya arasındakı strateji tərəfdaşlıq genişlənir və gələcəkdə də bu beş istiqamətlər üzrə genişlənməlidir.