Φέρνω το παρόν έργο στην προσοχή του κοινού όχι χωρίς κάποια ανησυχία. Οι ιδέες που εκφράζονται σε αυτό πήραν μορφή στο μυαλό μου πριν από δέκα και πλέον χρόνια. Από τότε τις έχω συζητήσει συχνά με διάφορους ανθρώπους, επιθυμώντας είτε να επαληθεύσω τις δικές μου απόψεις είτε να πείσω άλλους. Πολλές από αυτές τις συζητήσεις και αντιπαραθέσεις ήταν αρκετά χρήσιμες για μένα, διότι με ανάγκασαν να επανεξετάσω τις ιδέες και τα επιχειρήματά μου με μεγαλύτερη λεπτομέρεια και να τους δώσω πρόσθετο βάθος. Όμως οι βασικές μου θέσεις παρέμειναν αμετάβλητες.
VRASİYA MƏDƏNİYYƏTLƏR DİALOQU – BƏŞƏRİYYƏT TARİXİNİN MAHİYYƏTİ. Avrasiya qitəsi bəşər mədəniyyətinin və sivilizasiyasının beşiyidir. Bu ərazidə insanlıq tarixinin əsas məzmununu təşkil edən rəngarəng sosial, mənəvi və siyasi formalar yaranaraq inkişaf etmişdir. Avrasiya materikinin iki əsas qütbü var: Avropa və Asiya, Qərb və Şərq. İnsanlıq tarixi bu iki qütb arasında daimi dialoq prosesi, enerjilərin, dəyərlərin, texnologiyaların, ideyaların və əşyaların dialektik mübadiləsidir. Qərb və Şərq bir-birini qarşılıqlı şəkildə tamamlayır, öz arasında yüksək məna daşıyan minillik danışıq aparır.
Duqinin irəli sürdüyü Avrasiyaçılıq nəzəriyyəsi aşağıdakı xarakterik xüsusiyyətləri ilə fərqlənir: “Birincisi, ideokratiyadır. O hesab edir ki, Avrasiyanın her bir vətəndaşı və һər bir dövləti ali ideyalara qulluq etmək üçün avrasiyaçılığı özünün ali mənəvi missiyasına çevirməli va yüksək ideyalarla yaşamalıdır. İkincisi, avrasiyaçılıq hərəkatı Avrasiya seçimi deyilən bir һәrәkat formalaşdırmalıdır. Bu Avrasiyanm xüsusi landşaft şəraitindən irəli gələrək bölgə əhalisi üçün seçiimiş kollektiv məsuliyyət, qarşılıqlı yardım, güclü iradə, dözüm, rəhbərliyə güclü tabeçilik və digər keyfiyyətləri özündə daşımalıdır. Üçüncüsü, şərt kimi avrasiyaçılığın hüquqi platformasının əsasına "demotiya" adlı bir anlayış təklif edir. Bu qədim yunan, ingilis demokratiyasından fərqli, yeni bir demokratik norma olmalıdır. O nə Avropanın indiki liberal dcmokratiyasına, nə də Rusiyanın keçmiş kəndli özünüidarəetməsinə, yaxud "zema-soborlarının" idarəçiliyinə bənzəməlidir. Bu, özünəməxsus Avrasiya avtoritarizminə və ierarxiyalı idarəçilik rejiminə əsaslanmalıdır.” (Ə. Həsənov, "Geosiyasət". Bakı, 2010. səh.216) Yeni Avrasyacılar Qərb dünyasının Rusiya üçün bir təhdid olduğunu bildirir, rus mədəniyyətinin nə Şərq, nə də Qərb mədəniyyətinə aid olmasını israr edir, bununla yanaşı rus mədəniyyətində həm Şərq və həm də Qərb mədəniyyətinin elementləri olduğunu vurğulayırlar.
2000-ci ildə Vladimir Vladimiroviç Putinin hakimiyyətə gələrkən Duqinin irəli sürdüyü Yeni Avrasiyaçılıq ideologiyası artıq təkmilləşmə dövrünü başa vurmuşdu. Bəzi tədqiqatçıların ultramillətçi deyə adlandırdığı Duqin Yeni Avrasiaçılıq ideolgiyası ilə Putinin böyüki marağına səbəb oldu. Bu baxımdan da Putin Avrasiya Birliyinin bütün postsovet məkanında yerləşən respublikalarının üzünə açıq olması fikrini aydın şəkildə ifadə etdi. Heç şübhəsiz ki, yuxarıda vurğulandığı kimi Avrasiya ittifaqının yaranması ideyası türk və slavyan xalqlarının birgə cəhdi sayəsində reallaşdırıla bilər. Həm keçən əsrin iyirminci illərində meydana gələn Klassik Avrasiyaçılıq ideologiyası və həmçinin müasir dövrdə də geniş yayılmış Yeni Avrasiyaçılıq ideologiyasının reallaşmasında əsas faktor kimi türk və slavyan xalqları iki güclü etnos kimi çıxış edə bilərlər. Bu baxımdan da Avrasiyanın müxtəlif etnosları, ictimai-sosial qrupları arasında vahid düşüncə tərzini formalaşdırılması prosesində Yeni Avrasiyaçılıq ideologiyası olduqca önəmli və mühüm bir mahiyyət kəsb edir.
Əsrlər boyu oturaq həyat tərzi keçirən türkmənlər xırda palçıq evlərdə, köçəri türkmənlər isə çadırlarda yaşamışlar. Sovet dövründə Türkmənistanda yüzlərlə müasir tələblərə cavab verən abad qəsəbələr tikildi. Şəhərlərdə çoxmərtəbəli binalarından ibarət məhəllələr meydana gəldi. Paytaxt Aşqabad 1948-ci ildə zəlzələ nəticəsində demək olar ki bütünlüklə yerli-yeksan olsa da, Sovet hökuməti onun yenidən ucaltdı. Şəhərdəki binalar ən güclü zəlzələyə belə davam gətirəcək bir halda tikildi. Nebit-Dağda neftçilər üçün möhtəşəm bir şəhər ərsəyə gəldi. Şəhərdə kinoteatrlar, klublar, kitabxanalar tikilərək zəhmətkeşlərin istifadəsinə verildi. Bir vaxtlar külək vıyıldayan, kol-kos belə olmayan, hətta dəvətikanı bitməyən qumluqda akasiya, qarağac və tut ağacları əkildi, şəhər yaşıllığa qərq oldu. Ümumittifaq Elmi-Tədqiqat Neft-Qaz İnstitutunun Nebit-Dağ filialı fəaliyyətə başladı. Bir vaxtlar sahilindəki hambalların bolluğu ilə yadda qalan Krasnovodsk bər-bəzəkli, canlı şəhərə çevrildi. Orta Asiyanın dəniz qapısı sayılan bu liman şəhərində ağır yükləri qaldıran kranların hərəkəti, paraxodların fiti, katerlərin şütüməsi ilə müşayiət olunan qızğın iş getdi. Xəzər dənizinə və Qaraqum kanalına Rusiyanın Nijni Novqorod şəhərində düzəldilmiş gəmilər gətirildi. Ölkədə zavod və fabriklərin sayı get-gedə daha da artdı, kimya sənayesi inkişaf etdi. Respublikanın bütün yaşayış məntəqələri qazlaşdırıldı. Beşillik plan ərzində 3 min kilometrlik nəhəng Orta Asiya-Mərkəz qaz kəməri çəkildi. Həmin kəmər ilə hər il Darvaza, Bayraməli, Samantəpə və Qamışlıq rayonlarından çıxarılan 20 milyard kubmetr qaz Sovet İttifaqının mərkəzi sənaye rayonlarının xalq təsərrüfatı ehtiyacları üçün transport olundu. Türkmənistanın başqa Sovet respublikaları ilə hərtərəfli və davamlı iqtisadi münasibətləri yarandı. Respublika neft, qaz, elektrotexnika sənayesi məhsulları, ventilyator, nasos, saja, şüşə, sulfat, kükürd, yod, brom, pambıq, yun, qaragül dərisi ixrac etməyə başladı. Sovet respublikalarından isə Türkmənistana sənaye cihazları, dəzgah, maşın, traktor, kombayn, kənd təsərrüfatı avadanlıqları, dəmir boru, qara metal, çuğun, ferrorərinti, taxta-şalban, gübrə göndərildi. Türkmənlər sosial, iqtisadi və mədəni sahələrdə sadaladığımız irəliləyişlərə məhz rusların sayəsində nail oldular. Türkmən şairi Raxmed Seyidov bu münasibətlə rus xalqına müraciətlə yazdığı şeirdə deyirdi: “Ustadımız və qardaşımız bizim!/ İlk olaraq sən türkmənlərə qucaq açdın/ Biz də sənə qardaş kimi ürəyimizi verdik/ Və əvəzində sənin ürəyini aldıq”.
2013-cü il iyun ayının 2-də Moskvanın "Prezident Otelin"də rusiyalı siyasətçilər, ictimai xadimlər və ekspertlərlə İranın prezidenti Mahmud Əhmədinejad arasında diskret görüş keçirilmişdir. Onun prezident vəzifələrinin bitməsinə cəmi bir ay qalmışdı. Ona baxanda buna inanmaq çətin idi. Bizim qarşımızda özünə, öz ölkəsinə, apardığı işin haqq olmasına tam əmin olan siyasi və mənəvi lider dururdu. İzborsk Klubunun prezidenti Aleksandr Proxanovun İranın Avrasiyaya birləşməsi haqqında ruhlandırıcı çıxışından sonra mən Rusiya-İran əməkdaşlığına dair bir sıra məsələlərə toxundum. Demək olar ki, mənim sözbəsöz olan çıxışım. İranla Rusiya arasındakı strateji tərəfdaşlıq genişlənir və gələcəkdə də bu beş istiqamətlər üzrə genişlənməlidir.