Russia

YAŞIL ADAMCIQLAR ÇEVİK TƏRPƏNDİLƏR

Putin Krımın Rusiyaya birləşdirilməsini “strateji qərar” adlandırmışdır. Krımın ABŞ tərəfindən işğalı bizdən şimalda yeni Xazariyyanın yaranması demək idi. NATO-nun məqsədi Krımı, 2016-cı ilə kimi isə Ukraynanın cənub-şərqini tam ələ keçirmək idi. Dalıyca NATO-nun Rostovdan keçərək Qafqaza girməsi planı gəlirdi. Rusiyanın işğalı 2018-ci ilə kimi başa çatmalı idi. Əsas hədəf Rusiyanın nüvə obyektlərinin neytrallaşdırılması idi. Rusiyanın əldə keçməsi isə Çin, İran və Şimali Koreyaya girmək üçün yol açacaqdı. Bu ölkələr nüvə potensialına malik olduqlarından, çoxdan İngiltərə və ABŞ-n hədəfindədirlər. Bakı yəhudiləri türkçülük adı altında bizi səfərbər edib İranın üstünə göndərəcəkdilər, Azərbaycan ayaq altında qalacaqdı. İngiltərə və ABŞ bütün dünyanı cənginə keçirmək üçün müxtəlif layihələr hazırlayıb, sionistlərin idarə etdiyi böyük bir Qlobal Kənd yaratmaq istəyirlər. Krımın ilhaqı ilə Rusiya Qlobal Satanizmin bütün planlarını alt-üst etdi və önümüzdə dayanıqlı sipər yaratdı.
Krımın ilhaqı- hamı üçün Rusiyanın yenidən dünya liderliyini ələ aldığına bir işarədir. Şiələrin xilası- Krımın sakrallığı ilə bağlıdır. Nəyə görə yarımada şiələr üçün bu dərəcədə dəyər kəsb edir? Bu mistik tapmacanın cavabı nədir? Bu suallar üzərində düşünməyə dəyər. Krım- pravoslavlarla şiə dünyasının əlaqələr qurması üçün bir açardır. Qara dəniz- Rusiya imperiyası üçün onun sələfləri olan Troya, Roma və Bizans imperiyaları ilə mənəvi və noosfer əllaqələr yaratmaqda darvaza rolunu oynayır. Krımın ilhaqı- şiə dünyasının yaşaması üçün mənəvi impuls vermişdir. Bilmək vacibdir ki, Krımın ilhaqına qarşı çıxan müsəlman özü öz əli ilə öz qəbrini qazır, özü öz ölümünə imza atmış olur.

KQB, YOXSA QRU?

Nəticədə  Kreml İran kimi çox lazımı bir ölkədə öz agentura şəbəkəsini itirir. Qalır əliyalın.
KQB-nin sonrakı bütün uğursuzluqları elə İrandan başlayıb. Sonra o, oyunbazlıq edə-edə bütün qardaş partiyaları, elə həmin Erik Xonekeri, Çauşeskonu, Sovet kompartiyasını da ya satıb, ya da ki, Lenqlidəkilərə siyasi qumarda uduzub.
Lakin, QRU-nu da xatırlayın, sovet kəşfiyyatı dublikat mahiyyətliydi, Djerzinski cəngavərləri İrandan əli ətəyindən uzun geri qayıdarkən Sovet Ordu Kəşfiyyatı iş başındaydı orda.
İngilislərə İrandakıları təhvil verən Kreml, bir başqa şəbəkəsini ehtiyatda saxlamışdı.
Əslində bütün bunlar Tehran rejiminə sonralar xeyli kömək etmiş oldu- KQB, Duqinə inansaq, həmişə atlantistlərlə sıx təmasdaydı, indiki İranda qalsaydı yenə də Vaşinqton, Tel-Avivlə alver edəcəkmiş Tehranda. Bildiklərini onlarla bölüşəcəkmiş.
Həə, bu şeytan ordan getdi, yerini ötürdü QRU-ya.
Nəticədə London, Vaşinqtondakı atlantistlər İran barəsində avraasiyaçı QRU –çularla təcrübə mübadiləsindən məhrum qaldılar.

Rusiyada həbs edilən kəşfiyyatçılar – ABŞ Putinin dörd bir yanını cəsus şəbəkəsi ilə hörübmüş

2014-cü ilin Novruz bayramına yaxın vaxtlar Rusiyada ardıcıl, silsilə kibercinayətlər start götürərək 2016-cı ilin dekabrına qədər dayanmaq nədi... düzü, heç yavaşlamaq bilmir.
Qara hakerlər əvvəlcə girişirlər Aleksandr Duqinin- bir nömrəli Kreml ideoloqunun şəxsi bilgisayarına. O vaxtlar bu təcrübəli filosof bütün dünyadakı Rusiya tərəfdarlarının uzun siyahısını hazırlayıb lazımi məxfi ünvanlara çatdırmaq istəyirdi.
Siyahıdakı mühüm şəxslər, Kremlin razılığından sonra, Rusiya mass-mediasına maneəsiz çıxış haqqını qazanmalıymışlar, sən demə. Hakerlər adına “Duqinin siyahısı” deyilən həmin məxfi dosyeni hop edib elə havadaca oğurlayırlar. Siyahı keçir rusofob Qərb məxfi qurumlarının iti caynağına. Siyahıdakılar nəzarətə görürülür. Barələrində tədqiqat, türklər demiş, “güdü, pusu” başlayıb, bir-iki nəfərin şübhəli ölümü ilə nəticələnir lap axırda.
Amma nə su bir yerdə dayanır, nə Rusiya ştirlitsləri. Tezliklə bəlli olur ki, bu kibercinayət adına “Şaltay-Boltay” deyilən məxfi haker ordusu tərəfindən həyata keçirilib. Bəlli olur ki, kibercinayətkarlar təkcə elə bircə Duqinlə kifayətlənməyiblər. Hədəfləri demək olar, bütün Rusiya siyasi elitasının üzvləri, o cümlədən baş nazir Dmitri Medvedyevdi, biləsiz. Hakerlər hətta onun tvitter səhifəsinə girib, ora ağızlarına gələni yazıblar.