Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik, indi isə Bakının KTMT və AİB-ə qoşulmaq vaxtı gəlib çatıb
Bunun baş verməməsi üçün heç bir məntiqi əksliklər mövcud deyil. Qarabağ problemi həll edildi. Hər şey aşağı-yuxarı yerini tutdu. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının yubadılması, bu istiqamətdə hərəkətlərin edilməməsi, mənim fikrimcə, Moskvada anlaşılmaya bilər. Azərbaycanın KTMT-yə və AİB-ə daxil olması məsələsi hələ Qarabağ konfliktinin danışıqlar yolu ilə həll edilməsi mərhələsində, 5 rayonun qaytarılması müzakirəsi aparılarkən aktual idi. İndi çox incə məqamdır. Putin və Əliyev gərgin əmək sərf edərək Qarabağda Bakı üçün sərfəli olan şərait yaratdılar. Bunun üçün titanik güc sərf edildi. Rusiya öz dostlarına kömək etməyə hazırdır. Putin Əliyevi özünün strateji partnyoru kimi qəbul edir. Bu dəqiqdir. Azərbaycanın KTMT və AİB-yə daxil olması məsələsini qatlayıb bir kənara qoymaq yolu kəsmiş böyük bir daşa çevrilə bilər ki, nəyin bahasına olursa olsun bundan qaçmaq lazımdır. Çünki regiondakı vəziyyət Azərbaycan-Rusiya müttəfiqliyindən asılıdır. Azərbaycanın KTMT və AİB-yə daxil olması 10 noyabr bəyannaməsinin tərəfləri arasındakı disbalansı aradan götürəcək, Ermənistanla Azərbaycanı eyni statusa gətirəcək, bərabərləşdirəcək. Və Azərbaycan özünü bu baxımdan daha çox sərbəst hiss edəcək. Azərbaycanla Rusiya arasındakı hərbi-texniki sahədəki əməkdaşlıq yüksək səviyyədədir. Biz bilirik ki, Azərbaycan istənilən silah və texniki vasitəni əldə edə bilər